USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ceyhun Bayramov kollektivə təqdim edildi

17.07.2020 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə iyulun 16-da Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov nazirliyin kollektivinə təqdim olunub.

"Kommersant.az" xəbər verir ki, naziri kollektivə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təqdim edib.

O, yeni nazir Ceyhun Bayramov haqqında kollektivə məlumat verib və bu təyinatın Prezidentin xarici siyasətdə qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində mühüm rol oynayacağına ümid etdiyi deyib.

C.Bayramov da öz növbəsində bu işin öhdəsindən layiqincə gələcəyinə söz verib.

  • Əvvəlki

    İbrahim Məmmədov sərt karantin ejimindən danışdı

Digər xəbərlər