USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının mərkəzi hissəsində içməli suyun verilişində məhdudiyyətlər olacaq

17.07.2020 İqtisadiyyat
0 0
Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Oxu.Az-a "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza baş verib:

"Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür".

  • Əvvəlki

    “Goldman Sachs”ın gəlirləri 40% artıb

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0