USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda çimərliklər açılıb, bir şərtlə...

22.07.2020 İqtisadiyyat
0 0
Bakıda sərt karantin rejimi tətbiq olunsa da, insanların çimərliklərə getməsinə icazə verilir.

"Kommersant.az" HİT.Az-a istinadən xəbər verir ki, SMS icazə yazaraq dənizdə sərinlənməyə gedənlər var. Onlar plyajda polis əməkdaşına icazə aldığını göstərir və dənizə daxil olur.

Müxbirimizə verilən məlumata görə, belə vətəndaşlar az deyil və onlar 3 saatlıq icazə alaraq çimərliyə üz tuturlar.

Qeyd edək ki, karantin rejimi dövründə çimərliklərdən istifadə ilə bağlı məsələyə baxılacağı bildirilmişdi. Bununla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə çimərliklərdə monitorinqlərin aparılacağı və xüsusi qaydalara riayət olunduğu halda çimərliklərdən istifadə etmək məsələsinin mümkünlüyü qeyd olunmuşdu.

Odur ki, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun iştirakı ilə İcra nümayəndələri ictimai çimərliklərdə olub və çimərliklərin hazırkı vəziyyətini yerində dəyərləndirilib.

  • Əvvəlki

    Rezidenturaya qəbulun ilk mərhələsi iki şəhərdə keçiriləcək

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0