USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Günay Səlimzadəyə yüksək vəzifə verildi

28.07.2020 İqtisadiyyat
0 0
Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.

"Kommersant.az"-ın xəbərinə görə, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.Report

  • Əvvəlki

    "Tri koronı"nın yaxınlığındakı gölün qurudulması işi yenidən başladı - VİDEO

Digər xəbərlər