USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin nəzərinə: Avqustun 31-dək…

29.07.2020 İqtisadiyyat
0 0
Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.

"Kommersant.az" xəbər verir ki, Təhsil Nazirliyindən Pravda.az-a verilən məlumata görə, dərsliklərin qiymətləndirilməsi "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.

Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyini qiymətləndirəcəklər.

Namizədlər müraciət etdiyi fənni göstərərək elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) avqustun 31-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə etmək mümkündür.

  • Əvvəlki

    Bakıda su problemi: Tələbat kəskin artıb, ehtiyat azalıb - AÇIQLAMA

Digər xəbərlər