USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müdafiə Nazirliyi Teymur Cəfərovun vəfatı ilə bağlı məlumat yaydı

31.07.2020 İqtisadiyyat
0 0
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir", - nazirlikdən bildirilib.

Allah rəhmət eləsin!