USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu tarixdən sonra toylara icazə veriləcək - İDDİA

04.08.2020 İqtisadiyyat
0 0
31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.

Qazet.az-ın əldə etdiyi məlumata görə, sentyabr ayının 1-dən etibarən Azərbaycanda toy məclislərinin təşkilinə icazə verilə bilər. Bu isə ölkə üzrə koronavirusa yoluxanların sayından asılı olacaq.

Yoluxmalarda kəskin azalma olacağı təqdirdə müəyyən qaydalara əməl edilməklə şənliklərin təşkili mümkün olacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti 3 ay müddətinə uzadıb.

  • Əvvəlki

    190 manatlıq yardım üçün 114 milyon manat tələb olunur - İqtisadçı

Digər xəbərlər