USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəbələdə tullantılar meşəyə atılıb - AÇIQLAMA

05.08.2020 İqtisadiyyat
0 0
Qəbələdə meşə ərazisi natəmiz vəziyyətdədir.

"Kommersant.az" xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində tullantılar çay kənarına atılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sorğusuna cavab olaraq bildirib ki, Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində tullantıların çay kənarına atılması barədə ETSN-ə daxil olan şikayət yerində araşdırılıb:

"Araşdırma zamanı Vəndam qəsəbəsindəki Qaraçay və Dəstəmaz çaylarının yaxınlığına tullantıların atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Vəndam bələdiyyəsinin sədri Asif Həşimov barəsində protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan "məcburi göstəriş" verilib".

"Hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi tullantılardan təmizlənir", - deyə o qeyd edib.

  • Əvvəlki

    Sabaha olan hava proqnozu açıqlandı

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0