USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat: “Yoluxma sayı ilə bağlı rəqəm hər an dəyişə bilər”

12.08.2020 İqtisadiyyat
0 0
Ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayının iki rəqəmliyə düşməsi və bunun fonunda baş veərn yumşalmalar, şübhəsiz ki, hər birimizi sevindirir. Amma arxayınlaşsaq, sevincə uzun müddət həsrət də qala bilərik. Axı Avropa ikinci dalğa ilə bağlı SOS siqnalını artıq verib. Heç uzağa getməyək, qonşu Türkiyədə də karantin qaydaları yenidən sərtləşir. Deməli, vaxtından əvvəl arxayınlaşmağımız bizə baha başa gələ bilər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, tibb elmləri namizədi Musa Quliyev koronavirusun ikinci dalğası barədə “Sherg.az”a danışıb. Onun fikrincə, əvvəlki ağır günlərimizə qayıtmaq istəmiriksə, diqqətli olmalıyıq: “Payızda vəziyyətin necə dəyişəcəyini bilmirik. Amma bütün hallara hazır olmalı və addımlarımızı ona uyğun atmalıyıq. Yoluxanların sayının iki rəqəmliyə düşməsi, sözsüz ki, sevindiricidir. Lakin bu rəqəm hər an dəyişə bilər. İndi bizdən təkcə səhiyyə mədəniyyəti yox, bütünlükdə milli mədəniyyət tələb edilir. Əvvəlki aylarda Yaponiya, Çin kimi cəmiyyəti daha tez təşkilatlanan ölkələrin koronavirusla mübarizədə daha effektiv nəticə əldə etdiyini gördük. Təəssüf, biz bu məsələdə geri qalırıq. Hətta bəziləri maska taxanlara ikrahla yanaşırlar. Belə olmaz. Prezidentimiz çıxışlarında virusdan qorunmağın yollarını çox dəqiq göstərir. Öhdəmizə düşən həmin qayda və tövsiyələrə uyğun davranmaqdır”.

M.Quliyevin fikrincə, biz qeyri-müəyyən bir vaxtadək məhdudiyyətlərlə yaşamalıyıq: "Yumşalmalardan sui-istifadə etmək olmaz. Heç bir yumşalma olmamış kimi davranmalıyıq. Çünki yaşam standartlarımız artıq dəyişib. İndi diktəni koronavirus edir. Üstəlik, onun təbiəti də kifayət qədər öyrənilməyib, necə meydana çıxdığı məlum deyil. Vaksinin tapıldığını deyirlər. Amma bu dərmanın özünü nə cür aparacağı, hansı yan təsirlər göstərəcəyi də bilinmir. Ona görə də yeganə ümid yerimiz öz məsuliyyətimiz olmalıdır".

Deputat, həmçinin çimərliklərə gediş-gəlişə icazə verilməsi məsələsinə də toxunub: "Bu, o demək deyil ki, çimərliklərdə koronavirusu, karantini unutmalıyıq. Əsla. Orda da sosial məsafəni qorumalı, mümkün qədər diqqətli olmalıyıq. Ümumiyyətlə, cəmiyyətin məsələyə münasibəti dəyişməlidir. Cərimələrlə hansısa nəticə əldə etmək çətindir. Görülən işlərin nəticəsi çox yaxşıdır. Daha yaxşı olması üçün isə sosial məsuliyyət nümunəsini ortaya qoymalıyıq".

  • Əvvəlki

    Avropa İttifaqı Belarus ilə münasibətlərini yenidən nəzərdən keçirir

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0