USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikayıl Cabbarovdan yeni təyinatlar

13.08.2020 İqtisadiyyat
0 0
Azərbaycanda həyata keçirilən davamlı islahatlar, həmçinin ölkə iqtisadiyyatının pandemiya səbəbilə son dövrlərdə üzləşdiyi proseslər İqtisadiyyat Nazirliyi qarşısında yeni çağırışlar yaradıb. İqtisadi proseslərin yeni prinsiplər əsasında inkişafı idarəetmənin effektivliyinin və çevikliyinin artırılmasını, müasir bilik və menecment bacarıqlarına malik kadrların idarəetməyə cəlb olunmasını tələb edir.

Bu barədə Nazirlikdən bildririlib.

Məlumatda həmçinin qeyd olunur ki, İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş vəzifələrin operativ və səmərəli şəkildə həyata keçirilməsi və idarəetmə sisteminin peşəkar kadrlarla gücləndirilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Allahverdi Paşayev İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Allahverdi Paşayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2008-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin may ayından yeni vəzifəyə təyin edilənədək isə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru vəzifəsi isə Ülvi Mansurova həvalə edilib.

Ülvi Mansurov 2012-2015-ci illərdə Britanıyanın Uorvik Universitetində təhsil alıb, "Warwick Business School" proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, "Bank Technique" İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, "Azərpoçt" MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

  • Əvvəlki

    Eldar Həsənov həbs olundu - RƏSMİ

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0