USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İşıqpulu”nun çox yazılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

14.08.2020 İqtisadiyyat
0 0
“Azərişıq” ASC hazırda elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması haqda sosial şəbəkələrdə yayılan abonentlərin iddiaları ilə bağlı mətbuat konfransı keçirir.

"Kommersant.az"ın xəbərinə görə, "Azərişıq" rəsmiləri vətəndaşlara artıq məbləğdə pul yazılmasına aydınlıq gətirirlər. "Azərişığ"ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bəzi avadanlıqların texniki pasportuna baxmırlar:

"Soyuducu, kondisioner, ütü ola bilər. Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barəsində məlumat var. Sayğacların çox yazması haqqında istənilən iddia ilə bağlı fikir budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu, bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Biz sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssislər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görək".

  • Əvvəlki

    Nazirliyin yüksək vəzifəli məmuru işdən çıxarıldı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0