USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı qışa hazırlaşır - RƏSMİ

25.08.2020 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyətində bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib.

"Kommersant.az"-ın məlumatına görə, paytaxtın kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən "Tədbirlər planı" təsdiq edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının səyləri nəticəsində Bakı şəhərinin kommunal xidmət strukturlarının lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini bildirib. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Şəhər və rayon icra hakimiyyətilərinin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi inventar ehtiyatı yaradılmalıdır.

Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilmiş, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Həmçinin paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

  • Əvvəlki

    İlham Əliyev Anatoli Torkunovu təltif etdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0