USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir müavinindən dərslərlə bağlı açıqlama

02.09.2020 İqtisadiyyat
0 0
Pandemiya ilə əlaqədar uşaqların təhlükəsizliyi nəzərə alınaraq dərslərin növbəlilik prinsipi əsasında təşkili nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir təhsil, texnologiya və keyfiyyət. Uşaqlar müzakirəyə qoşulur" adlı onlayn konfransda deyib.

Nazir müavini pandemiya ilə bağlı mövcud vəziyyətə uyğun yeni və səmərəli metodların işlənib hazırlandığını bildirib.

Təhsil sahəsinin pandemiya şəraitində bir sıra çağırışlarla qarşılaşdığını vurğulayan F.Qurbanov informasiya və kommunikasiya məsələlərinin hazırkı dövrdə öz aktuallığını daha da artdığını diqqətə çatdırıb.

O, uşaqlara daim öz üzərində işləmək, çalışqan olmaq kimi tövsiyələr verərək, dövlətə, valideynə hörmətin, vətənə sevginin uşaqlar qarşısında bir vəzifə olaraq qoyulmasının əhəmiyyətini vurğulayıb.

  • Əvvəlki

    Azərbaycanda pandemiya dövründə ət istehsalı artıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0