USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Həsənovla bağlı daha bir - AÇIQLAMA

09.09.2020 İqtisadiyyat
0 0
Yaxşı ki, Əli Həsənovu işdən çıxardılar. Mənim ondan zəhləm gedirdi. ANS-ə təzyiqləri çox idi.

Bu sözləri açıqlamasında ANS Şirkətlər Qrupu prezidentinin müşaviri, əməkdar jurnalist Mais Məmmədov Prezidentin sabiq köməkçisi Əli Həsənovun adıçəkilən televiziya kanalını ələ keçirə bilmədiyi üçün onu bağlatdırdığı haqda ANS-çi Sevda Həsənovanın açıqlamasına münasibət bildirərkən deyib. Mais Məmmədov bildirib ki, bu yayılan xəbərlər tamamilə həqiqəti əks etdirir: "O məlumat əhatəlidir və əlavəyə ehtiyac yoxdur. Mən sizə yalnız bircə fakt deyəcəyəm: dörd-beş il bundan qabaq biz Prezident İlham Əliyevi "İlin adamı" seçmişdik. Həmin vaxt mükafat təqdim ediləndə bir də saat bağışlamışdıq. Əli Həsənovun da həmin saata gözü düşüb, bəyənmişdi. Dörd dəfə Vahid Mustafayevə yaxınlaşıb və deyib ki, məndə belə saat yoxdur. Bu, mənim yanımda olub. Yəni, həmin saatdan istəyirdi. Təkcə o saatdan yox, çox şey istəyirdi. Əli Həsənov ANS televiziyasını ona görə bağlayıb ki, öz oğluna reklam gətirsin. Həmin vaxt Əli Həsənovun oğlu Xəzər Televiziyasına rəhbərlik edirdi".

Qeyd edək ki, Əli Həsənovun ANS-i bağlatdırma səbəbi ilə bağlı Sevda Həsənovanın (Böyük Seva) sensasion açıqlaması yayılıb.Axar.az

  • Əvvəlki

    Ramiz Mehdiyev və Səttar Möhbalıyev vəzifəsindən azad edildi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0