USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı liseyə gedən səkini zəbt etdi - VİDEO

10.09.2020 İqtisadiyyat
0 0
Tərtərin icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinə gedən səkini zəbt edib.

"Kommersant.az" BakuPost-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə həmin ərazidən çəkilmiş video yayılıb.

Videonu "Facebook" hesabında hüquqşünas Mehman Muradlı paylaşıb.

Müzakirəyə səbəb olan videoda aydın görünür ki, icra başçısı məktəblə yanaşı villa tikdirib. Villanın divarları isə az qala, yola qədər çıxır. Səkinin digər yarısında isə villanın ətrafı yaşıllıq olsun deyə, ağaclar əkilib. Beləcə, səki ilə hərəkət etmək mümkünsüz hala gəlib. İndi şagirdlər məcburdurlar ki, maşın yolu ilə hərəkət etsinlər. Bu isə çox təhlükəlidir. Videonu çəkən şəxs "Əgər Müstəqim Məmmədov yaşıllıq salmaq istəyirsə, məktəb səkisini niyə bağlayır", - deyə sual edir.

Villanın digər divarı da yola çıxdığından qaz xətti səkinin ortasından çəkilib.

Videonun sonunda adi vətəndaşın evinin kənarından gedən səki ilə M.Məmmədovun villasının kənarındakı "səki" müqayisə edilir.

Digər maraqlı məqam isə məktəbin villaya baxan pəncərələrinin hörülməsidir. Sakinlər iddia edir ki, bunu başçının villasının həyəti görünməsin deyə ediblər.

Xatırladaq ki, bu villanın yerində əvvəllər "Kapital Bank"ın rayon filialının binası olub. Daha sonra onun yerində Yeni Azərbaycan Partiyasının Tərtər rayon şöbəsinin binası tikilib. Bir müddət sonra isə YAP-ın binası başçının villasına çevrilib.

  • Əvvəlki

    Süleyman Rüstəmin diplomat nəvəsi danışdı: “Növbəti təxribatdır”

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0