USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nümunələr götürülərək laboratoriyaya təqdim olundu - Qida zəhərlənməsi faktı araşdırılır

14.09.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.

AQTA-dan bildirilib ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.APA

  • Əvvəlki

    Sentyabrın 14-ü üçün teledərslərin cədvəli açıqlanıb

Digər xəbərlər