USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oqtay Şirəliyevdən - QƏRAR

14.09.2020 İqtisadiyyat
0 0
“Etibarlı Kliniki Təcrübə haqqında Təlimat” təsdiqlənib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev qərar imzalayıb.

Bu təlimat kliniki sınaqların bütün fazalarının planlaşdırılması və hesabatın tərtibinə dair tələbləri müəyyənləşdirir.

O cümlədən klinik tədqiqatın aparılması üçün tələb olunan sənədləri və Etibarlı Kliniki Təcrübənin prinsiplərini müəyyən edir.

Təlimatdakı prinsiplər həmçinin insan subyektlərinin təhlükəsizliyinə və əmin-amanlığına təsir göstərə bilən digər klinik tədqiqatlara da tətbiq oluna bilər.

Təlimat bu ilin sentyabrın 1-dən qüvvəyə minib. (oxu.az)