USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peşə məktəblərinə qəbulun ikinci mərhələsi yekunlaşdı

15.09.2020 İqtisadiyyat
0 0
Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi yekunlaşıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqənin nəticələri sentyabrın 15-i saat 20:00-dək elan olunacaq. Müsabiqədə iştirak edən şəxslərə nəticələr barədə məlumat SMS vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alacaq.

Xatırladaq ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılır. Həmçinin cari tədris ilindən başlayaraq ilk dəfə tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunub. II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilib.

  • Əvvəlki

    Azərbaycanda bu sahədə çalışanların maaşı 21 faizdən çox artıb

Digər xəbərlər