USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Karantin yenidən sərtləşdirilə, metro işini dayandıra bilər” - TƏBİB-in rəsmisi, VİDEO

15.09.2020 İqtisadiyyat
0 0
Karantin rejiminin yenidən sərtləşdirilməsi istisna edilmir.

"Kommersant.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) yanında Tibbi-Elmi Komitənin sədri, ATU-nun Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, tibb elmləri doktoru Akif Qurbanov Real TV-yə müsahibəsində bildirib.

Akif Qurbanov – TƏBİB yanında Tibbi-Elmi Komitənin sədri, ATU-nun Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, tibb elmləri doktoru

Onun sözlərinə görə, Operativ Qərargah tərəfindən karantin rejiminin vaxtaşırı yumşaldılması insanlar arasında təması artırıb və bu da yoluxma sayına təsir edib.

"Bu gün karantin rejiminin qaydalarına əməl etmiriksə, sabah yenidən evdə qalmalı olacağıq. Karantin yenidən sərtləşdirilə bilər. Metro yenidən işini dayandıra bilər. İnfeksiyaya yoluxanların sayı yenidən əhəmiyyətli dərəcədə artarsa, məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi qaçılmaz olacaq", – deyə A. Qurbanov vurğulayıb.

  • Əvvəlki

    SON DƏQİQƏ: ermənilər Tovuzda hücuma keçdi, hərbçimiz yaralandı

Digər xəbərlər