USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elman Paşayev vəkillik statusundan məhrum edildi

18.09.2020 İqtisadiyyat
0 0
Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev vəkillik statusundan məhrum edilib.

"Kommersant.az"-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Vəkillərinin Federal Palatası məlumat yayıb.

Bildirilib ki, Şimali Osetiyanın Vəkillər Palatasının qərarı əsasında E. Paşayev vəkillik statusundan məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Ədliyyə Nazirliyi azərbaycanlı vəkil E. Paşayevin vəkillik statusunun ləğv olunmasını təklif edib.

Rusiya Ədliyyə Nazirliyi E. Paşayevin vəkillik statusunun ləğv olunmasından ötrü Şimali Osetiya və Moskva üzrə ərazi regional idarələrinə vəkillər palatasına təqdimat vermək üçün tapşırıq verib.

E. Paşayevlə yanaşı nazirlik vəkil A. Dobrovinskinin də barəsində nizam-intizam işinin açılmasını təklif edib.

Xatırladaq ki, E. Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən məşhur aktyor Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremov barəsində 8 il azadlıqdan məhrumetmə cəzası kəsib.APA

  • Əvvəlki

    Əflatun Amaşov agent siyahısından danışdı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0