USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Royal Park” yaşayış massivində dəmir boru fəhlənin üzərinə düşdü

21.09.2020 İqtisadiyyat
0 0
Sentyabrın 19-da saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Kommersant.az" xəbər verir ki, Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonu ərazisində yerləşən "Royal Park" yaşayış massivinin "A" blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

  • Əvvəlki

    Hərbçilərin pensiya təyinatı avtomatlaşdırılır - RƏSMİ

Digər xəbərlər