USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq

23.09.2020 İqtisadiyyat
0 0
Nazirlər Kabineti "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar verib.

"Kommersant.az"-ın məlumatına görə, Nazirlər Kabineti qərarın Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli fərmanının qəbul edilməsi ilə bağlı hazırlandığını bildirir.

İzahda vurğulanıb ki, "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunu ilə Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur.

  • Əvvəlki

    Azərbaycanda iki özəl klinika cərimələndi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0