USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədovdan - TAPŞIRIQ

24.09.2020 İqtisadiyyat
0 0
“Prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır”.

"Kommersant.az"-ın məlumatına görə, bunu Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2021-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş iclasında deyib.

O bildirib ki, növbəti ilin dövlət büdcəsində əsaslı xərclər çox önəmli əhəmiyyət kəsb edir: "Təbii ki, investisiya xərcləri iqtisadi artıma, məşğulluğa müsbət təsir edir. Lakin, investisiya proqramlarının şəffaflığının, iqtisadi səmərəsinin və gəlirliliyinin yüksəldilməsi olduqca vacibdir. Qeyri-prioritet təşkil edən investisiya layihələri ixtisar olunmalı və ayrılmış vəsaitlər qənaətlə istifadə edilməlidır".

  • Əvvəlki

    Baş Nazir: "Lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır"

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0