USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Operativ Qərargah məlumat yaydı - SON DƏQİQƏ

24.09.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39686 nəfər koronavirus infeksiyasına yoluxub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 37255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1850 nəfərdir.

Ölkədə son sutka ərzində 7618, hazırkı dövrədək isə1080873 test aparılıb.