USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ

24.09.2020 İqtisadiyyat
0 0
Qəbul imtahanları zamanı yüksək bal toplayan, universitetə daxil olmayan abituriyentlərin sayı açıqlanıb.

"Kommersant.az"-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 400 baldan yuxarı nəticə göstərib, kənarda qalan abituriyentlərin sayı dörd nəfər olub:

"II ixtisas qrupu üzrə 200 baldan yuxarı bal toplayan bir nəfər belə kənarda qalmayıb. Ill ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və ali təhsil müəssisəsinə daxil olmayan cəmi bir nəfərdir.

Səbəb budur ki, abituriyent bir ödənişsiz ixtisas yazıb. IV ixtisas qrupu üzrə 500 baldan yuxarı nəticə göstərən və universitetə daxil olmayanların sayı səkkiz nəfərdir".

O qeyd edib ki, həmin şəxslər ikinci mərhələdə iştirak edə bilərlər.

  • Əvvəlki

    Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Digər xəbərlər