USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ

05.10.2020 İqtisadiyyat
0 0
4 oktyabr tarixində saat 10:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub.

"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, ümumilikdə düşmən Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atılıb:

"Atılan raketlərdən 5-i partlamayıb, qalan iki raketin partlaması nəticəsində isə bir mülki şəxs - 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub. 32 nəfər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaqdır. Eyni zamanda mülki infrastruktura və yaşayış məntəqələrinə külli miqdarda ziyan dəyib".