USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub

14.10.2020 İqtisadiyyat
0 0
Sentyabrın 27-də - cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.

"Kommersant.az" xəbər verir ki, düşmənin ağır artilleriyadan istifadə edərək mülki obyektləri atəşə tutması nəticəsində Horadiz şəhərində xeyli sayda ev dağılıb.

Hazırda humanitar atəşkəs rejimi elan olunsa da, düşmən tərəfi daim atəşkəsi pozur, şəhər və kəndlərimizə mərmi yağdırır. Lakin buna baxmayaraq sakinlər şanlı Azərbaycan Ordusuna güvəndiklərini söyləyirlər. Onlar yaşadıqları evləri tərk etməyəcəklərini bildirirlər. Hazırda şəxsi təsərrüfatları ilə məşğul olan sakinlər qələbənin yaxında olduğuna ümidlidirlər.

Report

  • Əvvəlki

    "Həmin şəxslər kirayə evlə təmin edilib, kirayə haqqını hökumət ödəyir" - Hikmət Hacıyev

Digər xəbərlər