USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müdafiə Nazirliyindən sosial şəbəkə istifadəçilərinə - ÇAĞIRIŞ

19.10.2020 İqtisadiyyat
0 0
"Sosial şəbəkə istifadəçilərini yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

"Kommersant.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar: "Bildiririk ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər. Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq".

  • Əvvəlki

    “Təpələrinə vura-vura Qarabağ alınmalıdır” - Dövlət Bağçalı

Digər xəbərlər