USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı

21.10.2020 İqtisadiyyat
0 0
Bakıda sahibi Ermənistan tərəfinə maddi dəstək verəcəyini bəyan edən kafenin fəaliyyəti dayandırılıb.

"Kommersant.az" xəbər verir ki, Nəsimi rayonunda (AF Mall) yerləşən "AnderSon" ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edərək "Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm", - deyə qeyd edib.

Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər, indiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd ediblər.

Bir müddət sonra A.Tatulova paylaşımını silib. Dünən isə həmin kafe fəaliyyətini dayandırıb və Tatulova barəsində araşdırmalar aparılır.

Qafqazinfo

  • Əvvəlki

    Sabahın hava proqnozu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0