USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİN: Rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini məlumatlandırın

23.10.2020 İqtisadiyyat
0 0
Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal "102" Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!", - məlumatda vurğulanıb.