USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qələbə çox yaxın zamanda olacaq”

30.10.2020 İqtisadiyyat
0 0
Azərbaycan Ordusu uğurlu döyüşlər aparır. Biz müharibə edirik, düşməni öz ərazilərimizdən vurub çıxarırıq. Ordumuzun addımlarını müsbət qiymətləndirirəm. Azərbaycan Ordusu irəliləyir və qarşısına qoyulan məqsədləri inamla həyata keçirir.

Bu fikirləri Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.

O, bəyan edib ki, düşmən pərən-pərən salınıb: "Onun texnikası, silah-sursatı, anbarları, təminat ləvazimatları dağıdılıb. Azərbaycan Ordusuna eşq olsun! Düşünürəm ki, ordumuzun bu müqəddəs işi başa çatdırmasına az qalıb".

Şəmistan Əlizamanlı qeyd edib ki, hərbi üstünlük Azərbaycan tərəfindədir: "Bu, xəbərlərdən, görüntülərdən, əldə olunan uğurlardan açıq görünür. Azərbaycan Ordusu rayonlarımızı bir-bir işğaldan azad edir. Müharibənin nə zaman bitəcəyini Allah bilər. Amma inşallah çox çəkməyəcək. Mənim arzum sözsüz ki, qələbədir. Azərbaycan xalqı narahat olmasın qələbə çox yaxın zamanda olacaq".Teleqraf

  • Əvvəlki

    "F-16"ların hansı üstünlükləri var?

Digər xəbərlər