USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək

31.10.2020 İqtisadiyyat
0 0
Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.

Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.

  • Əvvəlki

    İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 522-yə çatıb

Digər xəbərlər