USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin siyahısını təsdiq edib

06.11.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev bu gün Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısını təsdiq edib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC, "AzerGold" QSC, "Azərenerji" ASC, "Azərsu" ASC, "Azərişıq" ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, "Azərkosmos" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azər-Türk Bank" ASC, "Azəristiliktəchizat" ASC, "Təmiz Şəhər" ASC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumlar: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Aztelekom" MMC, "Azerbaijan International Telecom" (AzInTelecom)" MMC, "Azərpoçt" MMC, "Bakı Telefon Rabitəsi" MMC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək. Siyahıya Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti də daxil edilib.

Fərmana əsasən, AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri ilk 3 il ərzində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək. Bundan başqa, AİH-in idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizi holdinqə ödəniləcək.