USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ağır yaralansa da, şəhid yoldaşını özü ilə daşıyan qəhrəmanımız - VİDEO

12.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan əsgəri vətənin hər bir qarışı üçün sinəsini sipər edib, canından keçib. Qəhrəmanlarımızın haqqı böyükdür. Haqqı tam Azərbaycandır. Onları tanımağa borcluyuq. Sizi Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş igidlərdən biri ilə tanış edəcəyik. İsmayıllı sakini olan Elvin Rəsulov Şuşa uğrunda gedən döyüşlərdə yaralanıb. Siz yaralı əsgərimizin ürəyinə , o çətin vəziyyətdə etdiyi böyük insanlığa bir baxın. O yanında şəhid olan əsgər yoldaşını belində döyüş zonasından çıxarıb.

Uşaqlıqdan olan arzusuna çatdı. Vətən müharibəsində ön cəbhədə yer aldı. Hazırda yaralı olan bu igid Şuşa uğrunda gedən döyüşlərdə yer alıb.

İsmayıllı rayonun Mican kənd sakini Elvin Rəsulov 1998 ci ildə dunyaya gəlib. Ali təhsillidir. Elvin üç ay öncə hərbi xidmətə cağrılıb. 27 sentyabrda isə Qarabağ Ərazisində başlayan muharibədə könüllü olaraq iştrak edib.

Elvin şuşanın alınmasında döyüşən igid həbçilərimizdən biridir. Deyir ki, əmr gələn kimi onlar gözünü belə qırpmadan irəli atılıblar. Çünki əsarətdə olan Şuşa onları gözləyirdi.

Həkimlər ona yaralarının problem olacagını desələr də o yenə yoldaşları ilə birgə döyüşə girib. Lakin bir müddət sonra şəhid olan yoldaşını ərazidən uzaqlaşdırarkən ağır yaralanıb.

Elvin bir müddət özündə olmayıb. əməliyyatdan ayılandan sonra ona şunanın azad olunduğunu bildiriblər. Qarabagın da azad olunması ona bütün acılarını unutdurub.

Elvin Rəsulov ordumuzun necə nizamlı olmasından, döyüş zonasında belə onlara hər cür şərait yaradılmasından onu ziyarətə gələnlərə ağız dolusu danışır.

  • Əvvəlki

    Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0