USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni yubiley medalı təsis edildi

13.11.2020 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında əsasnaməni təsdiq edib.

"Kommersant.az"ın məlumatına görə, əsasnaməyə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, həmin orqandan (qurumdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular, habelə həmin orqanda (qurumda) səmərəli fəaliyyət göstərən mülki işçilər və həmin orqanın (qurumun) fəaliyyətinin təşkilində və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

  • Əvvəlki

    Energetik içkilərin satışına məhdudiyyət qoyuldu

Digər xəbərlər