USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı

17.11.2020 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfər zamanı Xudafərin körpüsünə baş çəkiblər.

"Kommersant.az" xəbər verir ki, Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.

Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşüblər.

  • Əvvəlki

    Manatın 1 dollarına nisbətdə orta məzənnəsi - AÇIQLANIB

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0