USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Eldar Əzizov icra başçılarını topladı

24.11.2020 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçılarının və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış dövrünə hazırlıq və koronavirus pandemiyasına qarşı mübarizə məsələlərinə dair videomüşavirə keçirilib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, videomüşavirədə koronavirusla mübarizə, qış dövrünə hazırlıq, fövqəladə hallarda işin daha səmərəli qurulması məsələləri müzakirə edilib və konkret tapşırıqlar verilib.

Qeyd olunub ki, hərbi əməliyyatlara baxmayaraq, kommunal strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi və digər təsərrüfat layihələri üzrə işlər fəal surətdə davam etdirilib ki, bu da dövlət başçısının siyasəti nəticəsində yaradılmış iqtisadi modelin səmərəliliyinin əyani şəkildə nümayiş etdirir.

  • Əvvəlki

    Nazirlik rəsmisindən qrip peyvəndləri ilə bağlı - VACİB AÇIQLAMA

Digər xəbərlər