USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn ildən polietilen torbaların satışı qadağan ediləcək

26.11.2020 İqtisadiyyat
0 0
Qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilir.

"Kommersant.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ətraf mühitin mühafizəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə təklif edilən müddəalar polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.