USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zəfər paradı başlayır - Paytaxt küçələrində izdiham - FOTO

10.12.2020 İqtisadiyyat
0 0
Bakı Zəfər paradına hazırdır. İnsanlar saat 12:00-da başlayacaq paradı izləmək üçün paytaxt küçələrinə toplaşır.

"Kommersant.az" Musavat-a istinadən xəbər verir ki, paradı izləmək üçün toplaşanlar hələ ki Bulvar ərazisinə buraxılmır. Polis əməkdaşları insan sıxlığının qarşısını almağa çalışır.

Ən böyük izdiham isə "Sahil" metrostansiyası yaxınlığındadır. Yüzlərlə qazi də paradı izləmək üçün buraya toplaşıb. Paradı izləməyə gələnlər qazilərlə xatirə şəkilləri çəkdirirlər.

Qeyd edək ki, Azadlıq meydanı istiqamətinə gələn avtomobil yollarında hərəkət məhdudlaşdırılıb. Paradı izləməyə gələnlər yolun əsas hissəsini piyada qət etməli olurlar.