USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır

24.12.2020 İqtisadiyyat
0 0
ABŞ-ın gündəlik xam neft istehsalı artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 13 min barrel artaraq gündəlik orta hesabla 11,5 milyon barrel səviyyəsində olub.

Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 140 min barrel artaraq sutkalıq 5,6 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 472 min barrel çoxalaraq gündəlik 3 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,3 milyon barrel, gələn il isə 11,1 milyon barrel olacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.