USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıya kommunal təyinatlı avtonəqliyyat vasitələri gətirildi

30.12.2020 İqtisadiyyat
0 0
Paytaxtın kommunal xidmətləri üçün daha 10 ədəd kommunal təyinatlı avtonəqliyyat vasitəsi gətirilib.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.

Qeyd edək ki, ümumilikdə bu il alınması nəzərdə tutulan xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin 16-sı noyabr ayında Bakıya gətirilib və istismara buraxılıb.

Texnika sayının artırılması paytaxtın müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Bildirilib ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın "Mott MacDonald" şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində böyük kömək olacaq. Yeni, müasir texnikaların tətbiqi Bakının sanitar təmizliyinin yüksəlməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərəcək.