USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vaksinlə bağlı əhaliyə müraciət: “Hansısa çiplənmədən danışırlar”

06.01.2021 İqtisadiyyat
0 0
"Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun-genlər cəminin bir və ya bir çox hissəsidir. Bu, orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər-immunitet (spesifik immunoqlobulin G) yaranır.

"Kommersant.az" xəbər verir ki, bunu tanınmış həkim radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev bildirib.

O, insanları koronavirusa (COVİD-19) qarşı peyvənddən qorxmamağa çağırıb:

"Vaksin-peyvənd orqanizmə yeridiləndən təqribən 2-3 həftə ərzində bu antitellər yaranır. Antitellərin orqanizmdə kifayət qədər yaranması yəni, xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır. Bunlardan 2-3 həftə sonra xəstə şəxsdən bizim orqanizmimizə aktiv virus keçsə belə, yəni yoluxduğumuz halda artıq bədənimizdə yaranmış o antitellər daxil olan aktiv virusları öldürə bilir - inaktivləşdirib məhv edir. Ona görə də vaksinləşmə-peyvəndlənmə çox vacib və önəmlidir. Pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur! Qorxmayın! Bu elmin məhsuludur! Qüvvət elmdədir! Bu prosesi bilməyən insanlar hansısa çiplənmədən danışırlar. Bu absurddur".

A.Əliyev vacib bir məqama da toxunub.

"Lakin önəmli məqamlardan biri budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq, qurtulmuş sayılırıq", - deyə həkim-radioloq bildirib.

  • Əvvəlki

    “Hər iki mafiya vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov dəstəsi tərəfindən yaradılıb” - SENSASİON AÇIQLAMA

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0