USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

23 iyun Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur

22.06.2018 İqtisadiyyat
0 0
23 iyun ölkəmizdə Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.