USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diqqət: Bu gün saat 18:00-dan etibarən...

08.01.2021 İqtisadiyyat
0 0
Bu gün saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Təhsil Nazirliyindən verilən xəbərə görə, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.