USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məcburi köçkünlər üçün imtiyazlar və güzəştlər nəzərdə tutulur

08.01.2021 İqtisadiyyat
0 0
“İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.

"Kommersant.az" məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

F. Hüseynov bildirib ki, həmin qərargahda idarələrarası mərkəz formalaşdırılıb: "Bu mərkəz nəzdində 16 İşçi Qrup yaradılıb. Bu İşçi Qruplar tərəfindən Strateji Fəaliyyət Planı əsasında hazırlanacaq tədbirlər planında həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri əksini tapacaq. Bununla bağlı qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək".

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək: "Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq".

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0