USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda müşavirə yüksək vəzifə verildi

13.01.2021 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

"Kommersant.az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Əmrə əsasən, Elxan Mikayılov agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

O bundan əvvəl AQTA sədrinin müşaviri vəzifəsində çalışıb. Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl agentliyin Aparat rəhbəri Zəkiyyə Mustafayeva qurumun sədr müavini vəzifəsinə təyinat almışdı.