"Azərbaycanda COVID-19-a qarşı başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
"Kommersant.az" xəbər verir ki, bunu Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, vaksinasiya prosesi ilkin mərhələdə tibb işçilərinə aparılacaq: "Vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb".