USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu halda cərimələnəcəklər: Nazirlikdən xəstəxanalara xəbərdarlıq - VİDEO

23.01.2021 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazların yoxlanması ilə bağlı xəbərdarlıq edib. Qaydaları pozanlar üçün cərimələr qaçılmaz olacaq. Cərimənin miqdarı heç də az deyil. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 3000 mnatdan 4000 mantadək cərimə olunacaqlar.

Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev məlumat verib.Qurum rəsmisi bildirib ki, mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir.

Vətəndaşlarımız bəzi tibbi cihazları rahatlıqla apteklərdən də ala bilirlər.Bəs apteklərdə bununla bağlı durum nə yerdədir?

Elməddin Quliyev bildirib ki, səhiyyə sahəsində yalniz üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

İstehlakçılara tövsiyyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən ölçmələrin qeyri-dəqiq nəticələri ilə qarşılaşmamaq üçün tibbi ölçü cihazlarının yararlılığına dair təsdiqedici sənədi tələb etsinlər, yoxlamadan keçməmiş tibbi cihazlarla göstərilən xidmətləri almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə istehlakçılara Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

  • Əvvəlki

    “Moskvaya heç vaxt inanmaq olmaz” - Etibar Məmmədov

Digər xəbərlər