USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kürdə suyun səviyyəsi yenidən azalıb - FOTOLAR

25.01.2021 İqtisadiyyat
0 0
Kür çayında suyun səviyyəsi aşağı düşüb.

"Report"un məlumatına görə, ölkə ərazisində yağıntıların düşməsinə baxmayaraq, çayın Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsinin azalması müşahidə edilir.

Proses artıq neçə gündür davam edir. Son bir həftədə Kürdə suyun səviyyəsi 60 santimetr aşağı düşüb.

Hazırda Kürdə saniyədə 300-320 kubmetr su sərfi axır.