USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni nazir Rəşad Nəbiyev kimdir? - DOSYE

26.01.2021 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Rəşad Nəbiyev Azərkosmos ASC-nin sədri vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

"Kommersant.az"ın xəbərinə görə, R.Nəbiyev 1977-ci ildə anadan olub.

İxtisasca iqtisadçıdır. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı"nı bitirib. Azərkosmos ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib. 2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilib. Bu gün isə həmi vəzifədən azad edilərək nazir təyin olunub.

  • Əvvəlki

    “Güclü iqtisadiyyat qurmasaydıq, güclü ordu qura bilməzdik” - İlham Əliyev

Digər xəbərlər